Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan Globalinfo.az redaksiyasını ziyarət edib.
H.Altınalan saytın baş redaktoru Azər Ayxan ilə görüşüb. Görüşdə o, Globalinfo.az saytını yeni fəaliyyətə başlaması münasibətilə özünün və səfirliyin adından təbrik edib, kollektivə uğurlar arzulayıb.
Səfirliyin sözçüsü redaksiyanın işçi heyəti ilə tanış olub. Səmimi keçən görüşdə medianın əhəmiyyətindən söz açıb:
“İkinci Qarabağ müharibəsi zamanı Prezident İlham Əliyevin dünyanın aparıcı media orqanları vasitəsilə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması bu haqlı savaşda xüsusi rol oynamışdı”.
Globalinfo.az saytının baş redaktoru A.Ayxan Hüseyn bəyə və Türkiyə Böyükelçiliyinə dəstəklərinə, xeyir-duaları üçün bir daha təşəkkür edib.
Daha sonra Hüseyn Altınalan və redaksiya heyəti birgə foto çəkdiriblər.
Qeyd edək ki, Globalinfo.az saytı 15 noyabr 2022-ci ildə fəaliyyətə başlayıb.
Gülnar Səlimova
Gobalinfo.az