Erməni mediası yazır ki, separatçıların lideri Samvel Şahramanyan qondarma rejimin buraxılması haqqında fərmanın ləğv edilməsi “qərarını” Ermənistan Baş naziri Nikol Paşinyana göndərib. Görünür, separatçılar revanşist ideyalarına qaldıqları yerdən davam etmək istəyirlər.
Bəs bu vəziyyət bölgədə yeni eskalasiya səbəb ola bilərmi?
Elxan Şıxəliyev
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsinin bir neçə məqsədi var:
“Birincisi, bu, uydurma “dənizdən dənizə Ermənistan” ideyasının daxilində bir məsələ olduğu üçün diaspor və kilsənin təzyiqi üzərindən məsələ gündəmdə saxlanılır. Xəstə Ermənistan idealogiyası kimi onu diriltməyə çalışdılar. Samvel Şahramanyan isə öz istəyi ilə buna getməyib.
İkincisi, Rusiyanın da müəyyən qədər təsir etdiyi görünür. Gələcəkdə Nikol Paşinyanı devirmək üçün Şahramanyandan öz əlaltısı kimi istifadə edəcək”.
Hərbi ekspertin sözlərinə görə, separatçıların cəhdlərinə baxmayaraq, regionda yeni eskalasiya ehtimalı yoxdur:
“Kilsə nə qədər bunda maraqlı olsa da, Ermənistan hökumətinin belə fikri yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az