Bakıda gəncləri öldürən “qatil” niyə durdurulmur? – Qorxunc statistika

Bakıda gəncləri öldürən "qatil" niyə durdurulmur? - Qorxunc statistika

Qış fəsli girəndən dəm qazından zəhərlənənlərin sayı artıb. Son günlər ard-arda ikisi tələbə olmaqla, bir neçə nəfər dəm qazından dünyasını dəyişib. Bəs bu səbəbdən ölümlərin qarşısını necə almaq olar?

Ümumiyyətlə, standarta uyğun gəlməyən, kustar üsulla hazırlanan istilik cihazları istismardan və satışdan niyə yığışdırılmır?

Mövzunu Globalinfo.az-a şərh edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, Sovetlər dönəmində hər evdə “Ceyran peçi” olardı, amma zəhərlənmələr baş verməzdi.

O bildirib ki, qazın iyini hiss etmək üçün xüsusi mayelərdən istifadə edilməlidir:

“Sovetlər dönəmində biz neft işçiləri qazla pulsuz təmin olunardıq. O zaman hər evdə “Ceyran peçi” var idi. Kiminsə zəhərləndiyini eşitməzdik. Ona görə ki, nəzarət olunardı.

Xarırlayırsınızsa, bir neçə il öncə Qaradağ rayonu, Lökbatan qəsəbəsində binada zəhərlənmə baş vermişdi. Həmin vaxt mütəxəssislər danışsalar da, zəhərlənmənin hansı səbəbdən baş verməsi haqda bir söz deyə bilmədilər.

Bakıda gəncləri öldürən "qatil" niyə durdurulmur? - Qorxunc statistika

Mirvari Qəhrəmanlı

Bir müddət əvvəl daxildə olan cihazları yoxlamaq Fövqaladə Hallar Nazirliyinə tapşırılmışdı, amma sonra təkrar “Azəriqaz”a ötürüldü. Ümumiyyətlə, dəm qazı aidiyyəti qurum tərəfindən mütəmadi olaraq evlərdə yoxlanılmalıdır. Bu gün hansımızın evində yoxlama aparılır?! Heç birimizin. Halbuki qaza nəzarət üzrə xüsusi ştat var, onlar gedib mənzillərə baxış keçirməlidilər. Lakin o işçiləri qeyri-qanuni olaraq əhalidən pul yığmağa göndərirlər. Vacib iş isə qalır kənarda”.

M.Qəhrəmanlı deyib ki, bu gün ölkəmizdə qazdan düzgün istifadə edilib-edilməməsi mütləq yoxlanılmalıdır:

“Fikir verirsinizsə, zəhərlənmə halları əsasən fərdi yaşayış evlərində baş verir. Bina evlərində isə daha çox partlayışlar olur. Bəli, “Azəriqaz”da islahatlar aparılır, amma əhalinin sağlamlığı üçün ölçülər götürülmür, cihazlar yoxlanılmır. Baş verən qəzaların birbaşa günahkarı “Azəriqaz”dır! Əhali maarifləndirilmir! Təəssüf ki, əhalinin dəm qazı səbəbindən həlak olmasında “Azəriqaz” məsuliyyət daşısa da, hələ saxlanılan, məsuıiyyətə cəlb olunan bir kimsə yoxdur”.

Təhülkəsizlik üzrə ekspert Rəşad Rza deyib ki, mövsüm dəyişikliyi zamanı evdə olan borular, aparatlar, sayğaclar mütləq yoxlanılmalıdır:

Bakıda təşvişin yeni dalğası – Təhlükəsizlik eksperti mesaj verdi - GlobalInfo.az

Rəşad Rza

“Bunu etmək isə “Azəriqaz”ın üzərinə düşür. Uyğun gəlməyən kustar üsulla hazırlanan cihazlar istismardan, satışdan yığışdırılmalıdır. Buna güclü nəzərət olmalıdır. Çünki patlayışların, zəhərlənmələrin  hamısı bunlardan baş verir. Yəqin ki, zamanla, hissə-hissə satışdan yığışdırılacaq. Birdən-birə yığışdırmaq mümkün deyil”.

Yaxın dəqiqələrdə “Azəriqaz” İB-nin mövqeyini öyrənib dərc etməyə çalışacağıq.

Zaira Akifqızı
Globalinfo.az