FotoJet 2022 11 18T181530.471

Kürdəmir rayonunun mərkəzi bazarının girişlərindən birinin ləğv edilməsi ərazidə uzun tıxaclara səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a rayon sakinləri məlumat veriblər.

Əvvəllər bazara iki istiqamətdən giriş-çıxışın olduğunu bildirən sakinlər deyiblər ki, həmin dövrdə ərazidə nəqliyyat vasitələrinin hərəkətində heç bir tıxac müşahidə olunmayıb. Amma sonradan dəmir yolu xəttinin üzərindən keçən alternativ avtomobil yolu ləğv edildiyindən bazara yalnız bir giriş-çıxış saxlanılıb. Bununla da ticarət mərkəzinin yeganə girişi və ətraf ərazilər tıxacın mərkəzinə çevrilib. Buna görə də uzun illərdir bazara alış-verişə gedən sakinlər tıxaclar əlindən boğaza yığıldıqlarını söyləyiblər.

Sakinlərin sözlərinə görə, daha çox tıxacların yaranmasına iri və kiçiktutumlu nəqliyyat vasitələrinin eyni yerdən hərəkət etməsi səbəb olur, bu isə sürücülərin saatlarla tıxaclarda gözləməsinə gətirib çıxarır. Onlar bildirib ki, əvvəllər iritutumlu və ağırtonnajlı yük maşınları yalnız dəmir yolu üzərində yerləşən alternativ keçiddən istifadə edib, digər keçid isə yalnız minik avtomobillərinin və piyadaların giriş-çıxışı üçün nəzərdə tutulub. Amma hazırda yalnız bir giriş-çıxışın mövcud olması hərəkəti çətinləşdirib. Bundan əlavə, ərazidə pambıq məntəqəsinə gələn traktor və digər texnikalar saatlarla gözləməyə məcbur olurlar.

“Düşünürük ki, tıxacların aradan qaldırılması çox sadədir. Ləğv edilən keçidi yenidən bərpa etməklə bütün tıxaclardan yaxa qurtarmaq mümkündür. Amma hazırda elə bir vəziyyət yaranıb ki, bura nəinki minik və yük avtomobilləri, hətta piyadalar üçün də hərəkəti çətinləşdirən keçid məntəqəsinə çevrilib. Ona görə də hesab edirik ki, əgər əvvəlki giriş-çıxış açılsa, problemlərin böyük əksəriyyəti öz həllini tapmış olacaq”, – sakinlər bildiriblər.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Kürdəmir stansiyasından saatda 140 km/sürətlə hərəkət edən Bakı-Gəncə qatarı keçir:

“Bu tip qatarların hərəkət etdiyi marşrut üzrə müxtəlif növ keçidlərin sayının çoxluğu dəmir yolunun təhlükəsizlik qaydalarına ziddir. Bundan başqa, vətəndaşların müraciəti nəzərə alınaraq gələcəkdə həmin ərazidə yeraltı tunelin tikintisi nəzərə alına bilər”.

Qeyd edək ki, hazırda Kürdəmir rayonunda 3 bazar mövcuddur. Tıxaclarla üzləşən bu ticarət mərkəzi isə rayonun ən böyük bazarıdır və bu yoldan hər gün minlərlə insan, yüzlərlə avtomobil hərəkət edir. Bundan əlavə, bazar yolunun üzərində pambıq tədarükü məntəqəsi, şadlıq sarayı və böyük anbarların yerləşməsi hər gün tıxacların mənfi təsirinə məruz qalır.

a0a2d6cf 0e29 327c a805 99f9fb37770b b06385bf 0632 3c9f a4f6 abfe120b2d0b 5bc4210a 4200 30fc a580 3e51b4b202b3 a89394e9 c6a2 31a1 bad2 4feac9445ab3 2081a322 cd0c 3a05 b8d6 5b6cb9bdfa82 b444c1d2 d2ac 3117 9d55 398dd0b33092 dd1b0448 18e5 32fc 80f8 1040c9e8f227 d8fb4e6a 95a2 3044 8a12 aa1c802ffaac FotoJet 2022 11 18T181530.471

Paylaş: