FFS

Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Qəza nəticəsində bir rusiyalı hərbçinin öldüyü, ikisinin yaralandığı bildirilib.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Yaralılar Xankəndidəki tibb məntəqəsinə yerləşdirilib.

Paylaş: