İran prezidenti Türkiyəyə niyə getmədi? – Kənani açıqladı

İran prezidenti Türkiyəyə niyə getmədi? - Kənani açıqladı

İran Prezidenti İbrahim Rəisinin noyabr ayında Türkiyəyə nəzərdə tutulan səfərinin anidən təxirə salınmasına aydınlıq gətirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani danışıb.

“Səfər Ankara və Tehranın qarşılıqlı razılaşması əsasında təxirə salındı. Daha sonra uyğun bir zamanda həyata keçirilməsi nəzərdə tutulur. Bəziləri suyu bulandırmaq üçün proqnozlar verməyə çalışır. İran və Türkiyə arasında münasibətlər konstruktivdir. Biz müxtəlif məsələlərdə bir-birimizlə əməkdaşlıq edirik”, – N.Kənani bildirib.

Qeyd edək ki, İran prezidentinin Türkiyəyə noyabrın 29-na nəzərdə tutulan səfəri təxirə salınıb.

Əliyar Xəlil
Globalinfo.az