41c5e74e 5aba 4dc2 a9cd 3704df184cc4 850

“Əgər biz ukraynalılara kömək etməsək, nəticədə Rusiya qalib gələcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

Bolton Konqresi hərəkətə keçməyə çağırıb:

“Düşünürəm ki, Senatda və Nümayəndələr Palatasında olanlar Ukraynanın qalibiyyəti üçün Co Baydenə daha çox təzyiq göstərməlidirlər. Ukraynalılar ABŞ-ın dəstəyini itirəcəklərinə görə narahat olurlar. Ümid edirəm ki, onları əlavə hərbi dəstəklə təmin etməyin yollarını tapacağıq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: