Ukraynada daha bir fəlakət: donaraq öldülər – FOTO/VİDEO

Ukraynada daha bir fəlakət: donaraq öldülər - FOTO/VİDEO

“Odessada noyabrın 26-da baş verən təbii fəlakət həm Kiyev, həm İzmail-Reni yolu üzrə hərəkəti iflic edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynada olan azərbaycanlı jurnalist Anar Natiqoğlu bildirib.

A.Natiqoğlu təbii fəlakət çox sayda dağıntılara səbəb olub:

“Bu sabaha olan məlumata görə, fövqəladə hallar işçiləri gecə səhərə qədər 12 təcili yardım və 15 avtobus olmaqla 500 maşın və 1636 adamı qar əsirliyindən və donmadan xilas ediblər. Onlardan 104 nəfəri uşaq olub. Ümumilikdə xilasetmə işlərinə 181 texnika və 678 əməkdaş cəlb olunub. Fövqəladə hallar vilayət idarəsi ümumi vilayət üzrə 55 səyyar isinmə məntəqəsi yaradıb. Şəhərdə 111 ağac yıxılıb. Xeyli bina, maşın və elektrik xətləri zərər görüb.

Fırtına zamanı Qara dənizdə dalğaların hündürlüyü 10 metri aşıb. Ümumilikdə vilayət üzrə 340 yaşayış məntəqəsi üzrə 150 min abonent işıqsız qalıb. Vilayət elektrik təchizatı idarəsi hazırda xətlərin və transfarmatorların təmiri ilə məşğuldur”.

“Bundan başqa, Odessa şəhərində önəmli istilikxanalardan birinin 100 metrlik borusu ortadan qırılıb. Hələ ki, şəhərdə evsiz 3 nəfərin vilayət üzrə isə 1 nəfərin donub öldüyü ilə bağlı rəsmi xəbərlər var. Xilasetmə işlərində iştirak edən fövqəladə hallar, polis, istilik-enerji sistemi işçilərinin hamısına böyük təşəkkür! Tanrı qorusun!” – jurnalist bildirib.

Ukraynada daha bir fəlakət: donaraq öldülər - FOTO/VİDEO Ukraynada daha bir fəlakət: donaraq öldülər - FOTO/VİDEO Ukraynada daha bir fəlakət: donaraq öldülər - FOTO/VİDEO Ukraynada daha bir fəlakət: donaraq öldülər - FOTO/VİDEO

Əliyar Xəlil
Globalinfo.az