Livandakı Hizbullah silahlı qruplaşmasının rəhbəri Həsən Nəsrullah Fələstindəki HƏMAS və İslami Cihad qruplaşmalarının nümayəndələri ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, oktyabrın 7-də HƏMAS-İsrail münaqişəsi başladığı gündən bu yana qruplaşma nümayəndələri ilk dəfədir bir araya gəliblər.
İslami Cihad hərəkatının nümayəndəsi Ziyad en-Nahhale və HƏMAS-ın siyasi idarəsinin rəhbərinin köməkçisi Saleh əl-Aruri ilə görüşən Nəsrullah onlarla Qəzzadakı vəziyyəti müzakirə edib.
H.Nəsrullah bildirib ki, İsrailin Qəzzada quru əməliyyatına başlayacağı halda Hizbullah Livandan İsrailə hücum edəcək.
Əliyar Xəlil
Globalinfo.az