Yunanıstandan Ermənistanla bağlı qərar

“Yunanıstan Ermənistana kömək edəcək bir ölkədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Yunanıstanın milli müdafiə naziri Nikos Dendias deyib.

O bildirib ki, Yunanıstan tarixi əlaqələri nəzərə alaraq Ermənistana mümkün qədər kömək edəcək.

“Biz çox yaxın ölkələrik və həqiqətən də İrəvana kömək etmək istəyirik”.

Tərəflər eyni zamanda hərbi və digər sahələrdə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıblar.

Paşinyan və Dendias Cənubi Qafqaz regionunda baş verən proseslər, regional sülhün və sabitliyin təmin olunması istiqamətində fikir mübadiləsi aparıb.

Əliyar Xəlil
Globalinfo.az