Azərbaycanda Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib.
Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.
***09:25
Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb.
Daha sonra 17 yaşlı oğlan anasını xəstəxanaya çatdırıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.