ABŞ-ın İraqın şimalındakı “Əl-Harir” bazasına dron hücumu olub.
Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
“Təşkil Əl-Varitin” adlı qruplaşma hücumla bağlı məsuliyyəti üzərinə götürüb.
Qruplaşma ABŞ bazasını hədəf aldıqlarını və bunu Fələstin xalqına, HƏMAS-ın “Əl-Əqsa” tufanı əməliyyatına dəstək məqsədilə edildiyini bildirib.
Ayşən Mustafa
Globalinfo.az
