zelenski 11 scaled

Ukrayna ordusu ölkənin cənubunda 41 yaşayış məntəqəsini Rusiya işğalından azad edib.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Bu gün cənubdan şad xəbərlər var. 41 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu irəliləyişi təmin edən bütün qəhrəmanlarımıza minnətdaram”, – Zelenski qeyd edib.

Xatırladaq ki, noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xerson vilayətinin Dnepr çayının sağ sahilində yerləşən hissəsindən çıxarılması barədə əmr verib.

Paylaş: