“Ermənistan “3+3″ formatında görüşün keçirilməsinə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
Paşinyan Qarabağdan çıxan sülhməramlıların Ermənistanda yerləşdiriləcəyilə bağlı iddialara cavab verib:
“İrəvan “3+3″ formatında görüşün təşkilinə razıdır. O vaxt belə bir görüşün Tehranda keçirilməsi nəzərdə tutulmuşdu. Rusiya sülhməramlılarına gəlincə isə, onlar Qarabağı tərk edəcəkləri halda Ermənistana yox, Rusiyaya qayıtmalıdırlar”.
Ayşən Mustafa
Globalinfo.az