Bitkoin kriptovalyutasının qiyməti ilk dəfə 17000 dollardan aşağı düşüb.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Bitkoin son 24 saat ərzində 14 faizdən çox dəyər itirərək 16 936 dollara satılıb.
2020-ci ilin noyabr ayından etibarən qeydə alınan ən aşağı səviyyəni görən Bitkoinin bazar dəyəri 327 milyard dollardan aşağı olub.