“HƏMAS təşkilatının İsrailə hücum qərarı başqa yerlərdə verilib”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, İsrail buna cavab olaraq həm HƏMAS təşkilatının Qəzza bölgəsindəki mövqelərini vuracaq, həm də ona maliyyə və silah-sursat ötürən Suriya və İrandakı mərkəzləri hədəf alacaq:
Elxan Şahinoğlu
“İsrailin zərbələri nəticəsində HƏMAS üzvləri ilə yanaşı mülki insanlar arasında da ölənlər olacaq və bu, Türkiyə-İsrail münasibətlərini yenidən gərginləşdirəcək. Bu Azərbaycanın maraqlarına uyğun olmasa da, Türkiyə İsraili fələstinlilərin ölümündə ittiham edəcək.
Beynəlxalq aləmdə də bu müharibə ikitirəlik yaradacaq. ABŞ və Avropa ölkələri İsrailə dəstək ifadə edərkən, Fələstinin müstəqilliyinin təmin edilməsi tələbini səsləndirənlər də olacaq. Son toqquşmalar İsrailin Fələstinin müstəqilliyini tanıması perspektivinə zərbə vurdu. İsraildə baş nazir Benyanim Netanyahu və onun radikal tərəfdarlarının mövqeyini gücləndirəcək. Yaxın Şərqdə artacaq gərginlik beynəlxalq aləmin Ermənistanın Qarabağla bağlı ağlaşmalarına və yalvarışlarına diqqəti azalacaq”.
Turan Rzayev
Globalinfo.az