jake sullivan

Ağ Ev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi arasında görüş barədə məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, açıqlamada səmimi və konstruktiv danışıqlar aparıldığı bildirilib.

Görüş zamanı tərəflər Ukrayna və Tayvandakı vəziyyəti müzakirə ediblər.

Onlar, həmçinin yaxın aylarda əlavə yüksək səviyyəli təmasların və əsas məsələlər üzrə məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.

***

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Maltada Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, danışıqlar həftəsonu baş tutub.

Paylaş: