Kreml

Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVID-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur.

Maska ​​və respiratorlardan istifadə etməklə yanaşı, ziyarətçilərin sayı və işçilər arasında şəxsi təmas da azaldılır.

Bundan əlavə, məmurlara həm xaricə, həm də Rusiya daxilində ezamiyyətləri azaltmaq tövsiyə olunub.

Məhdudiyyətlər sentyabrın 18-dən tətbiq ediləcək.

Paylaş: