Türkiyədə mərkəzləri Pazarcık və Elbistanda olan 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində 36 mindən çox binanın ciddi ziyan gördüyü Malatya şəhərində 6 minə yaxın bina dağıdılıb.
Globalinfo.az xəbər verir ki, Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən 15 mərtəbəli 9 bina planlı şəkildə partladılıb.
Binalar partladılmazdan əvvəl yüksək səslə elan edilib və geri sayım başlayıb. Bundan sonra isə “Atəş!” əmri ilə binalar partladılıb.
Dağıntıdan sonra ərazidə yüksək toz buludları əmələ gəlib.
