
Qarabağdakı erməni separatçıları növbəti təxribata hazırlaşırlar.
Globalinfo.az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkənin erməni seqmentində yayılıb.
Belə ki, separatçılar Xankəndi-Əsgəran-Ağdam yolunda toplaşmağa başlayıblar. Burada məqsəd Rusiya Qırmız Xaç Cəmiyyətinin göndərdiyi humanitar yükün bölgəyə daxil olmasına əngəl yaratmaqdır.
Qeyd edək ki, bir qədər əvvəl sözügedən yükün saat 10:00-da Əsgərana daxil olması planlaşdırıldığı halda ermənilər tərəfindən buna əngəl yaradıldığı bildirilmişdi.
Tamerlan Yayaqan
Globalinfo.az