xususi teyinatli 11

Ermənilər artıq Azərbaycanla mümkün toqquşma zamanı baş verə biləcəklərin müxtəlif ssenarilərini uydurmağa başlayıblar.

Globalinfo.az xəbər verir ki, əsasən iki ssenari ermənilər arasında üstünlük təşkil edib.

İlk ssenariyə görə, Azərbaycan yaxın günlərdə bütün sərhəd boyu genişmiqyaslı əməliyyata başlayır. Əsas hədəf isə Zəngəzur istiqaməti seçilir. Bu zaman Ermənistan Azərbaycanın ultimatumlarını qəbul etmir. Fürsətdən istifadə edən – Ermənistanda yerləşdirilmiş risiyalı xüsusi təyinatlılar dövlət çevrilişi edirlər və hakimiyyətə dəhlizlə bağlı sənədi dərhal imzalayacaq marionet rejim gətirilir.

İkinci ssenari üzrə də Azərbaycan yaxın vaxtlarda hücuma keçir, əsas hədəf isə təbii ki, Zəngəzurdur. Belə olan halda Ermənistan dərhal KTMT-dən yardım istəyir. Bu zaman artıq Ermənistanda olan qoşunlar Zəngəzurda və Vayotsdzor Ermənistan bayrağı altında yerləşirlər. Bununla onlar Ermənistanın xilaskarı imicinə sahib olur və Moskvanın və bu strukturunu avtoritetini yüksəldirlər.

Ermənilər qeyd edirlər ki, hər iki ssenaridə qazanan Rusiya, Azərbaycan və Türkiyə olur.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: