Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov özünü müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən ataraq intihar edib.
Globalinfo.az-a daxil olan məlumata görə, R.Salmanov bu gün işdə olub.
Sosial şəbəkələrdə mərhum hakimlə bağlı xoşagəlməz fikirlər yazılır. Çoxları onun haqsız hökmlər verdiyini iddia edir. Bundan başqa, R.Salmanovun barəsində xüsusi qərar da olub.
Hakimin intihar səbəbi hələlik məlum deyil.
Zaira Akifqızı