1481bf3b 3a44 3ece a34f 8a7a3bca08b6 850

Ermənistan Rusiya və İran arasında hərbi əməkdaşlıq üçün logistik baza rolunu oynayır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “World News Portal” Teleqram kanalı paylaşıb.

“İran Rusiyaya silah, xüsusilə də “Şahid-136/131” kamikadze pilotsuz uçan aparatlarını müxtəlif üsullarla tədarük edir, onlardan biri də Ermənistan ərazisindən keçir”, – deyə bildirilib.

Yayımlanan məqalədə həmçinin vurğulanır ki, Hindistanın Ermənistana silah tədarükü İsraili narahat edir, çünki bu silahlar İranın əlinə keçə və nəticədə yəhudi dövlətinə qarşı istifadə oluna bilər.

Paylaş: