Ermənistan Rusiya və İran arasında hərbi əməkdaşlıq üçün logistik baza rolunu oynayır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “World News Portal” Teleqram kanalı paylaşıb.
“İran Rusiyaya silah, xüsusilə də “Şahid-136/131” kamikadze pilotsuz uçan aparatlarını müxtəlif üsullarla tədarük edir, onlardan biri də Ermənistan ərazisindən keçir”, – deyə bildirilib.
Yayımlanan məqalədə həmçinin vurğulanır ki, Hindistanın Ermənistana silah tədarükü İsraili narahat edir, çünki bu silahlar İranın əlinə keçə və nəticədə yəhudi dövlətinə qarşı istifadə oluna bilər.