Ukrayna ilk mərhələdə 42 ədəd “F-16” qırıcısı alacaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
“Mark Rutte (Niderandın Baş naziri -red) və mən Ukraynaya veriləcək “F-16″-ların sayı barədə razılığa gəldik – pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra. 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır”, – o yazıb.
***15:13
Ukrayna prezidenti Vladimir Zelenski Niderkanda gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Teleqramda məlumat yayıb.
“Cənab Baş nazir Mark Rutte ilə danışıqlar gözlənilir”, – o yazıb və qeyd edib ki, əsas müzakirə mövzusu Kiyevə F-16 qırıcılarının tədarüküdür.
Ukrayna lideri bildirib ki, tərəflər həmçinin Qlobal Sülh Sammitini və Zelenskinin sülh düsturunu müzakirə etməyi planlaşdırırlar.