ee 1

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başa çatıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı məlumat verib.

Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələr daxildir.

Səfər zamanı onlar Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı, Ağdam şəhər 1 saylı tam orta məktə, Muğam Mərkəzi və yaşayış komplekslərində aparılan işlərə əyani tanış olublar.

Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib.

***15:42

Ağdama səfər edən Azərbaycanda akkreditə edilmiş diplomatik korpus üzvləri və hərbi nümayəndələri Bərdə-Ağdam dəmir və avtomobil yollarının tikintisi işləri ilə tanış olublar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qonaqlara hər iki yolun layihəsi və tikintisi ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolda qovşaqlar, körpülər, yeraltı keçidlər və digər qurğuların inşası tam başa çatdırılıb. Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra edilib. Yolun tikintisinin yaxın müddətdə başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bərdə-Ağdam dəmir yolu xətti barədə xarici diplomatlara və hərbi nümayəndələrə məlumat verilərkən bildirilib ki, dəmir yolunun inşası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən yerinə yetirilir. Layihənin icrasına 2020-ci ildə başlanılıb. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, səfərdə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi iştirak edir. Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır. Eyni zamanda, qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.

Xarici diplomatlar Bərdə-Ağdam dəmir və avtomobil yollarının tikintisi ilə tanış olub - FOTO - YENİLƏNİB Xarici diplomatlar Bərdə-Ağdam dəmir və avtomobil yollarının tikintisi ilə tanış olub - FOTO - YENİLƏNİB

***11:45

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayır.

Globalinfo.az bildirir ki, heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100ə yaxın diplomat və hərbçilər daxildir.

Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.

Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.

Paylaş: