ev telefonu

Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılır.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu, Tarif Şurasının 26 oktyabr 2022-ci il qərarında əksini tapıb.

Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilir.

Qərar bu gündən qüvvəyə minib.

Paylaş: