Ukrayna Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyatlar Mərkəzinin “A” xüsusi təyinatlı dəstəsi Rusiya istehsalı olan silahdan şikayət edib.
Globalinfo.az xəbər verir ki, hərbçilər bu barədə “The Washington Post”a danışıblar.
Söhbət Rusiyanın “Pole-21” radioelektron mübarizə silahından gedir. Sözügedən kompleks ətrafı “çətir”lə örtür və 150 kilometr radiusda GPS-i “söndürür”. Halbuki Qərb silahları və PUA-ları üçün məkan təyinatı olduqca mühüm amildir. Belə olan halda Ukrayna hərbçiləri sözügedən silahı dronlarla zərərsizləşdirməyə çalışırlar. İlk növbədə Rusiyanın radioelektron mübarizə sistemlərinin yeri müəyyən edilir.
Daha sonra PUA zərbəsi ilə GPS bərpa edilir.
İntiqam Əhmədov
Globalinfo.az