264160 gqlda830tl

Bloger Aysel Şükürova keçmiş əri Elşən Əsgərli tərəfindən hücuma məruz qaldığını iddia edib.

Globalinfo.az yazır ki, o, bu barədə İnstaqram hesabında bildirib.

Blogerin sözlərinə görə, keçmiş əri onu görüşə çağırıb və bu zaman bıçaqdan istifadə edib:

“Mən dünən haqsız yerə cinayətə qurban gedəcəkdim. Dünən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Keçmiş birinci həyat yoldaşım Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi, bıçaq dostlarımdan birinin əlinə və ayağına girdi. Mən ondan sübut istədim, heç nəyi sübut edə bilmədi. Oğlumun, anamın yanında evimin qabağında ağzına gələni danışdı.

Daha sakit danışmaq adı ilə görüşə çağırdı. Mənə dedi “Sübut edəcəyəm hər şeyi, gəl”. Getdim, elə danışan yerdə bıçaq çəkdi. Bunların hamısını kameraya çəkmişəm. Sonra polislər gəldi, onlara təşəkkür edirəm.

İndi yenə polisə gedəcəyəm. Bu insanın “Dəlilik kağızı” var. Polislərin yanında deyirdi ki, mənim “Dəlilik kağızım” var. Heç bir polis mənə heç nə edə bilməz. Polislər də eşidirdi dediklərini. Bu insan aliment vermir, ancaq bizi narahat edir. Oğlum Uğur hələ də ağlayır. Uşaq dünəndən ağır depressiyaya düşüb. Bu insan hələ də bizdən əl çəkmir”, – deyə bloger əlavə edib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, paylaşımdan məlumatlıdırlar. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, Aysel Şükürova Keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır. Elşən Əsgərli Aysel Şükürovanın ilk əri olub.

Paylaş: