ermeni esgerler

“Hərbi aviasiya baxımından imkanlarımız sıfır idi, rus qırıcılarına arxayın olmuşduq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiya qarşısındakı çıxışı zamanı deyib.

Tonoyan müharibənin elə ilk günlərindən ordunun tab gətirə bilməyəcəyini İrəvana bildirdiyini söyləyib:

“Ordunun müharibəyə hazırlığı tam yerində idi. Amma təchizatla bağlı problemimiz vardı. Xüsusilə hərbi aviasiya imkanlarımız sıfır idi. Biz sadəcə rus qırıcılarına arxayın olmuşduq.

Müharibənin üçüncü günündə Baş Qərargah rəisi Onik Qasparyanla hücumların qarşısını ala bilməcəyimiz və müharibənin siyasi müstəvidə həll edilməli olduğuna dair hesabatı Nikol Paşinyana təqdim etməyə qərar verdik. Buna borclu idik. PUA-ların Qarabağdakı teatr binasının 25-30 kilometrliyinə gələ biləcəyini təxmin edə bilməmişdik”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: