080855f0 b786 31d0 ad8b cf426af8359b 850

Aziz Sancara “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Globalinfo.az-a verilən məlumata görə, ABŞ-ın Çapel Hill (Chapel Hill) şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində Şimali Karolina ştatında yaşayan Azərbaycan icması ilə görüş və ölkəmizə həsr olunmuş “Azerbaijan – My Land, My Soul” (“Azərbaycan – torpağım, ruhum”) adlı rəsm sərgisi keçirilib.

Komitənin dəstəyi ilə Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Komitənin, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, türk icmasının nümayəndələri və güneyli azərbaycanlılar iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün türk dünyasının fəxri olan Nobel mükafatçısı Aziz Sancarın adını daşıyan mərkəzin Azərbaycan diasporuna dəstəyini yüksək qiymətləndirib, şəhər merinin də qatıldığı Azərbaycanın Zəfər bayramının birinci ildönümü ilə bağlı təntənəli mərasimin və digər tarixi günlərimizə həsr olunmuş tədbirlərin mərkəzdə keçirildiyini buna bariz nümunə göstərib. ABŞ və Türkiyə arasında dostluq əlaqələrinin inkişafına töhfələr verən mərkəzin eyni zamanda Amerika cəmiyyətinə inteqrasiya etmək istəyən fərdləri dəstəklədiyinə diqqəti cəlb edib.

Sonra komitə sədri Azərbaycanın böyük dostu və dünya şöhrətli alim Aziz Sancara və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnana təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medallarını təqdim edib.

Aziz Sancar və Günel Krişnan fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. “Azərbaycan – mənim Vətənimdir”, – Aziz Sancar çıxışında söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal diaspor təşkilatının həyata keçirdiyi layihələrdən danışıb, fərdi sərgiləri təşkil olunan güneyli soydaşlarımız – Şimali Karolina ştatında yaşayan azərbaycanlı rəssamlar Lalə Bağırzadə (Laleh Bağherzadi) və Bəhram Yusifinin (Bahram Yosifi) tarixi vətənləri Azərbaycana həsr etdikləri əsərləri barədə qısa məlumat verib.

Lalə Bağırzadə bildirib ki, məqsədi Azərbaycan mədəniyyətini Şimali Karolina ştatında yaşayan butun icmalara təqdim etməkdir. “Burada ölkəmizi tanımayanlara xalqımızın mədəniyyətinin, adət-ənənələrinin zənginliyini göstərmək istəyirəm”, – deyə rəssam vurğulayıb.

Komitənin adından azərbaycanlı rəssamlara “Xarı bülbül” və kələğayı dəsti hədiyyə olunub.

Sərgidə nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında, o cümlədən yerli ictimaiyyətin nümayəndələrində böyük maraq doğurub.

Sərgi “City Ligths Jazz” musiqi qrupunun çıxışı ilə davam edib.

Qeyd edək ki, Azərbaycan əsilli Lalə Bağırzadə (Laleh Bağherzadi) Urmiya Universitetinin və Şimali Karolina Dövlət Universitetinin məzunudur. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Roli (Raleigh) bölgəsində bitki fizioloqu vəzifəsində çaışır. O, ABŞ-da həm də rəssamlıq arzusunu həyata keçirib. 2020-ci ildə Nyu-York şəhərində keçirilmiş “Biz hamımız zəncirlənmişik” adlı rəsm sərgisində ilk mükafatını qazanıb. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun tədbirlərində fəal iştirak edən Lalə Bağırzadə bir sıra tədbirlərin aparıcısı olub.

Bəhram Yusifi İranın Piranşəhr şəhərində doğulub. Bakalavr mərhələsində təhsilini qrafika və rəssamlıq ixtisası üzrə alıb, sonra Tehrandakı İncəsənət Universitetində şərqşünaslıq üzrə magistraturanı bitirib. Ömrünün 23 ilini rəssamlıq sənətinə həsr edib, məktəblərdə və müxtəlif müəsssisələrdə rəssamlığı tədris edib. Hiss və duyğuların ifadəsi onun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. 60-dan çox mükafata layiq görülüb.

6e478cf3 f7aa 337b 85d5 c31d4b885eff 850 db16bf1f 04ad 3442 b62d fa57e772aed8 850 9b70c680 3afa 3f41 be97 dd3b59d7858b 850 b16dc83d 6eab 318c ad7b f9a453deb4be 850 db3ce9de dbcc 352f 91c5 20ae3cb996a0 850

Paylaş: