Siyəzəndə dənizdə batan üç nəfərin kimliyi müəyyənləşib.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, dənizdə boğulanlar Zarat kənd sakinləri 16 yaşlı Mehdi Manafov, 17 yaşlı Rəvan Bəşirov və onun həmyaşıdı – Bakı şəhər sakini Nemət Əhmədovdur.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.
***
Siyəzəndə 3 nəfər dənizdə boğulub.
Globalinfo.az xəbər verir ki, hadisə Zarat kəndində qeydə alınıb.
Məlumata görə, onlardan ikisi yeniyetmədir. Üçüncü şəxsin isə tələbə olduğu bildirilir.