6528916

“Xankəndidə vəziyyət gərgindir, amma buna baxmayaraq, insanlarda bayram əhvali-ruhiyyəsi var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni deputat Andranik Tevanyan yazıb.

“Bu, reallıqdan qaçmaqdır. Bəlkə də normal insan reaksiyasıdır. Qoy bununla bağlı psixoloqlar danışsın”, – Tevanyan bildirib.

Qeyd edək ki, son vaxtlar Qarabağdakı ermənilərin sosial durumu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi media orqanları Xankəndidə qıtlıq və səfalət hökm sürdüyünü yazır, digərləri isə şəhərdə bolluq olduğunu əks etdirən fotolar yayır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: