1664445930 1664445912 1663659154 1661847393 1661847325 1661502746 1661502715 1661409528 1661409480 1661322544 1661236615 photo 166853

“Rusiyanın Ukraynadakı itkiləri son sutka ərzində ciddi şəkildə artıb. Təkcə 24 iyunda 720 rus əsgəri məhv edilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiyanın Ukrayna ərazisində itkiləri ümumi 224 630 nəfər təşkil edir.

Baş Qərargah əlavə edib ki, gün ərzində düşmənin daha 4 xüsusi texnikası, eyni sayda maşın və tank, 41 qanadlı raketi məhv edilib.

Bundan əlavə, 12 əməliyyat-taktiki pilotsuz uçuş aparatı, 2 hava hücumundan müdafiə sistemi, 5 reaktiv yaylım atəş sistemi, 19 artilleriya sistemi, 2 zirehli döyüş maşını və 6 tank sıradan çıxarılıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: