WhatsApp Image 2023 06 13 at 16.58.42

NATO Ukraynanın da iştirakı ilə hərbi hava qüvvələrinin təlimlərinə başlayıb. Təlim çərçivəsində Alyans yeni modifikasiya edilmiş A10 qırıcı-bombardmançı təyyarələrini havaya qaldırıb. Bu təyyarələr modifikasiyadan sonra geniş manevr imkanları əldə edib. Bəzi ekspertlər A10 qırıcı-bombardmançı təyyarələrini “tank qatili” adlandırırlar.

Maraqlıdır, bu təyyarələr Ukrayna müharibəsində Rusiyaya qarşı istifadə edilə bilərmi? Bu halda rus qoşunları hansı problemlərlə üzləşər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, NATO Rusiya-Ukrayna müharibəsi başlayandan bəri aktiv şəkildə Ukrayna hərbçiləri ilə birlikdə təlimlər keçirir, onları alyansın standartlarında yetişdirir:

“Əlbəttə ki, Ukrayanın NATO təlimlərində iştirak etməsi bu ölkənin Rusiya ilə müharibədə qələbə qazanmasına hesablanıb. Təsadüfi deyil ki, bu gün rəsmi Kiyev əks-hücum əməliyyatları çərçivəsində çox ciddi uğurlar əldə edir. Şübhəsiz ki, bu uğurların əldə edilməsində NATO ilə birgə təlimlərin payı az deyil.

Məsələ ondadır ki, Ukrayna hərbçiləri NATO təlimlərində alyansın döyüş doktrinalarına yiyələnir, strategiyasını mənimsəyir. Yəni Rusiyanın qarşısında NATO üzvü olmasa da, NATO ölkələrindən seçilməyən bir Ukrayna var.

Hesab edirəm, Rusiya-Ukrayna müharibəsinin qarşıdakı ayları rəsmi Kiyevin üstünlüyü ilə keçəcək. Ukrayna ordusu uğurların miqyasını genişləndirərək, bir çox strateji məntəqələrə nəzarəti bərpa edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: