773x435 cmsv2 f47dde2e 55d8 521c 83f1 a467e638c34b 6000342

Yunanıstan hakimiyyəti qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısını almaq üçün Türkiyə sərhədinə yaxın Yenibosna kəndində müvəqqəti metal hasar çəkməyə qərar verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, son günlər ölkəyə daxil olan qeyri-qanuni miqrantların sayının artdığı iddialarından sonra Baş Qərargah rəisi Konstantinos Floros Türkiyə sərhədində müvəqqəti hasar çəkilməsi barədə əmr verib.

Bildirilib ki, müvəqqəti hasar 100 metr uzunluğunda olacaq.

Paylaş: