“Kahramanmaraşda 110 681 bina tikiləcək”.
Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkənin yeni daxili işlər naziri Əli Yerlikaya Kahramanmaraşa səfəri zamanı deyib.
Nazir qeyd edib ki, Kahramanmaraşda zərərin qiymətləndirilməsi işləri artıq tamamlanıb:
“Ziyan dəymiş 558 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə 29 601 binanın söküntüsü yekunlaşmalıdır”.