Azərbaycanın Xankəndi şəhərində rus sülhməramlılarının arxasında gizlənən separatçı rejim hər vəchlə yerli erməniləri nifrət və revanşa təşviq edir. Hətta zaman-zaman yeni müharibəyə hazırlıqla bağlı məlumat yayırlar.
Separatçıların Qafqazın lideri, dünyanın isə 50 ən güclü ordusu arasında yer alan Azərbaycan Silahlı Qüvvələrinə qarşı mübarizə cəhdləri, şübhəsiz, fiasko ilə nəticələnəcək.
İstər peşəkarlıq baxımdan, istərsə də coğrafi üstünlük anlamında Ordumuz çox qısa müddətdə separatçı rejimi ortadan qaldıra, onun silahlılarını təslim edə bilər. Bunu Xankəndidə sülhməramlıların arxasında gizlənmiş Araik Arutyunyan və dəstəsi çox yaxşı başa düşür. Lakin buna rəğmən, yerli erməniləri, hətta uşaqları belə mənasız və terrorçu “mübarizəyə” məcbur edir.
Yayılan kadrlardan, keçirilən təlimlərdən də görünür ki, separatçılar şəhər döyüşlərinə hazırlaşırlar. Hətta lazım gəldikdə bu terrorçu əməlləri üçün uşaqları da qurban verməyə göz yumacaqlar. Bu, əksər terror təşkilatlarının mübarizə sisteminə xas vəhşilikdir.
Globalinfo.az məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edir:
