Bakı və Aran rayonlarında FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda hava şəraiti sabit, əsasən yağmursuzdur.

Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 18-20 dərəcə isti olub. Bundan başqa çaylarda əsasən mühüm dəyişiklik qeydə alınmayıb.

***19:31

Bakıda 27 dərəcə isti qeydə alınıb, Kürdə suyun səviyyəsi artıb.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 2-si saat 19:00-a olan məlumata əsasən, Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.