“Mən sözümün üstündə dayanıram, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan seçiləcək”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
O, seçkinin neçə turdan ibarət olacağının əhəmiyyət kəsb etmədiyini deyib:
“2-3-cü tur bilmirəm, mən artıq sözümü demişəm. Prezident 1 aylıq təyin olunmur ki?! Hələ heç kim seçilməyib, amma proqnozum qüvvədədir. Prezident R.T.Ərdoğan olacaq!”
Qeyd edək ki, Z.Rzayev bir qədər əvvəl saytımıza açıqlamasında R.T.Ərdoğanın prezident seçiləcəyini demişdi.
Zaira Akifqızı
Globalinfo.az