Zirəddin Türkiyədə kimin prezident seçiləcəyini açıqladı – Maraqlı proqnoz

“Hələ 4 aprel 2019-cu ildə demişdim ki, Ukrayna prezidenti V.Zelenski olacaq. Proqnozum özünü doğrultdu”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

O, Türkiyədə mayın 14-də keçiriləcək seçkilərlə bağlı danışıb:

“Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu ilə bağlı mənə çoxlu suallar gəlir. Mən Ərdoğanın Türkiyə prezidenti seçiləcəyini deyirəm. Qələbə R.T.Ərdoğanındır! Düzdür, Qərb Kılıçdaroğlunun prezident seçilməsi üçün əlindən gələni edir, amma məqsədlərinə çata bilməyəcəklər”.

Zaira Akifqızı
Globalinfo.az