Makron Ukraynayla bağlı mühüm xəbəri təsdiqlədi: “Bunu etmişik”

Makron Ukraynayla bağlı mühüm xəbəri təsdiqlədi: "Bunu etmişik"

Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığı aparıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisindən bildirilib.

“Biz Ukraynanın sülh düsturuna dəstəyini gücləndirmək üçün digər beynəlxalq tərəfdaşlarla işləmək sahəsində əməkdaşlığı müzakirə etdik. Biz mühüm beynəlxalq tədbirlər ərəfəsində mövqelərimizi razılaşdırdıq və ikitərəfli dialoq çərçivəsində növbəti konkret addımlar barədə razılığa gəldik”, – Zelenski söyləyib.

Prezident, həmçinin may-iyun aylarında cəbhədəki vəziyyət və onun inkişaf perspektivləri haqqında ətraflı məlumat verib. O, Ukrayna müdafiə qüvvələrinin prioritet ehtiyaclarına diqqət çəkib. Ukrayna prezidentinin sözlərinə görə, Fransa Ukrayna Silahlı Qüvvələrinə güclü zirehli paket verildiyini təsdiqləyib.

Prezidentlər sonuncu dəfə aprelin 15-də Makronun Çinə səfərindən sonra demək olar ki, bir saat yarım danışıblar.