Krım üzərində bir gecədə 38 PUA vuruldu

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Krım üzərində Ukraynaya məxsus 38 pilotsuz təyyarə vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik hücumlarda Kiyevi ittiham edib və baş verənləri terror aktı adlandırıb:

“Bu gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə 38 təyyarə tipli PUA vasitəsi ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus bütün pilotsuz uçuş aparatları hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”.

Safura Bənnayeva
Globalinfo.az