7564432e 7463 3ec6 ad42 c812f3fc807f 850

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-Irinel Cotoşman iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Bu barədə Dövlət Məşğulluq Agentliyindən Globalinfo.az-a  məlumat bildirilib.

Məlumatda bildirilib ki, memorandumda rəqəmsallaşmadan istifadə etməklə məşğulluq xidmətlərinin müasirləşdirilməsi və yeni onlayn mexanizmlərin işlənib hazırlanması, sosial cəhətdən həssas əhali qruplarından olan şəxslər üçün məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarının təhlili, peşə təlimləri, karyera planlaşdırılması və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri nəzərdə tutulub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-Irinel Cotoşmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə icra olunan aktiv məşğulluq proqramları, məşğulluq sahəsində aparılan islahatlar barədə məlumat verib. Azərbaycanda aktiv məşğulluq proqramlarının genişləndirilməsi, özünüməşğulluq proqramı çərçivəsində əhalinin sosial cəhətdən həssas qruplarına aid şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İşsiz və işaxtaran şəxslərin əmək bazarında tələb olunan peşələr üzrə bacarıqlara yiyələnmələri üçün peşə hazırlığının təşkili işləri qeyd edilib.

Florin-Irinel Cotoşman təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib. Azərbaycanla məşğulluq sahəsində də əməkdaşlığa, xüsusilə rəqəmsallaşma istiqamətində Azərbaycan təcrübəsindən yararlanmağa xüsusi önəm verdiklərini bildirib. Qurum rəhbəri, həmçinin Azərbaycanın DOST təcrübəsinin Rumıniyada da tətbiqinin nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə ötən ilin noyabrında Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan, 2023-2024-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planının əhəmiyyətindən bəhs olunub. Sənədə uyğun olaraq müxtəlif sahələrdə bilik və qabaqcıl təcrübələrin mübadiləsi, ikitərəfli məsləhətləşmələrin aparıldığı diqqətə çatdırılıb.

47dab2da 0aa4 31c5 a45c e01a21682c4b 154339ed f7c5 3514 9d05 74c881b8e829 b3eb6593 7ba6 314a b37e 5b5c65aac6bf b5724fe7 d216 3ef7 a5d3 cf305424eb10 5131e79e a899 38c5 b12f 190840c1ce50 9b84656b 3cab 3fd4 9ce6 a8d3ea142648 1283c5fd f51a 3182 bd6d 3d66a1324c3d 84a52d73 074c 316f bd95 979c3fd1e67b

Paylaş: