951c8347 565f 4a96 9345 b1e69e83cbd3

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, “Benilüks” Azərbaycanlıları Konqresi nin tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə 250 nəfərdən ibarət şəhid ailələri və vətən müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil olunub.

Globalinfo.az xəbər verir ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək Təşkilatının sədri Qalib Əliyev, müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələrini və tədbir iştirakçılarını təbrik edib, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın dövlətimizin başçısının rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşında şücaət göstərərək düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini diqqətə çatdırıb.

Daha sonra “Dayaq” Təşkilatının sədr müavini Məcid Məmmədov Şəhid ailələri və Vətən Müharibəsi Əlilləri başda olmaqla bütün tədbir iştirakçılarını salamladı. Məcid Məmmədov Ramazan ayının bütün İslam dünyası üçün əhəmiyyətinə diqqət çəkərək Ramazan ayı münasibətilə təbriklərini çatdırıb.

Qeyd edək ki, iftar süfrəsində şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Vuqar İskəndərov, qeyri-hökumət təşkilatları mətbuat nümayəndələri, iş adamları çıxış edərək iştirak ediblər.

IMG 20230419 WA0058 IMG 20230419 WA0057 IMG 20230419 WA0056 IMG 20230419 WA0055 IMG 20230419 WA0053 IMG 20230419 WA0054 IMG 20230419 WA0052 IMG 20230419 WA0051 IMG 20230419 WA0049 IMG 20230419 WA0050 IMG 20230419 WA0048 IMG 20230419 WA0047

IMG 20230419 WA0038 IMG 20230419 WA0046 IMG 20230419 WA0045 IMG 20230419 WA0044 IMG 20230419 WA0043 IMG 20230419 WA0042 IMG 20230419 WA0041 IMG 20230419 WA0040 IMG 20230419 WA0039

Paylaş: