Sudanda vətəndaş müharibəsi gedir – Azərbaycanlılar varmı?

Sudanda vətəndaş müharibəsi gedir - Azərbaycanlılar varmı?

“Sudanda Azərbaycan vətəndaşlarının mövcudluğu barədə bizdə heç bir məlumat yoxdur”.

Globalinfo.az bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

Ayxan Hacızadə Nazirliyə təxliyə üçün heç bir müraciət daxil olmadığını da vurğulayıb.

Xatırladaq ki, Sudanda ordusu ilə xüsusi təyinatlı dəstələr arasında başlayan silahlı toqquşmalarda azı 180 nəfər ölüb, yüzlərlə insan yaralanıb.