Sudanda vətəndaş müharibəsi: 180 ölü, 1800 yaralı

Sudanda vətəndaş müharibəsi: 180 ölü, 1800 yaralı

Sudanda hərbi əməliyyatların başlanmasından bəri 180-dən çox insan ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı BMT baş katibinin xüsusi nümayəndəsinə istinadən xəbər yayıb.

Bildirilib ki, toqquşmalarda 1800 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Sudanın paytaxtı Xartumda Çevik Dəstək Qüvvələri (ÇDQ) ilə ordu arasında qarşıdurmalar şiddətlənib.

Ölkədə vəziyyət getdikcə daha da kəskinləşir, tərəflər humanitar dəhlizlərin açılmasına razılıq versələr də, danışıqlara və hərbi əməliyyatların dayandırılmasına hazır olduqlarını bəyan etmirlər.