trampteyyare 11

ABŞ Prezidenti Donald Tramp İranın sui-qəsd təhdidindən sonra Ankarada keçirilən NATO sammitindən gizli yolla ayrılıb. Bildirilir ki, ABŞ xüsusi xidmət orqanları Trampı başqa təyyarəyə keçirərək “yanıltma əməliyyatı” icra ediblər.

“Washington Post”un yazdığına görə, Tramp əvvəlcə kameralar qarşısında köhnə “Air Force One” təyyarəsinə minib, lakin bir neçə dəqiqə sonra ərzaq və təchizat daşınması üçün istifadə olunan yük maşını vasitəsilə gizlicə daha kiçik C-32A hərbi təyyarəsinə keçirilib.

Qəzetin məlumatına görə, Tramp və ABŞ-ın müharibə naziri Pit Heqset bu təyyarə ilə Britaniyaya uçublar. Təyyarənin transponderləri söndürülüb və uçuş “Reach 18” adlı hərbi çağırış kodu ilə həyata keçirilib. Tramp Böyük Britaniyadakı Mildenhall aviabazasına çatdıqdan sonra yenidən əsas təyyarəyə keçib və jurnalistlərin qarşısına çıxıb.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, sözügedən iddia kifayət qədər diqqət çəkir:

“İranın ali rəhbəri Əli Xameneinin ölümündən sonra Tehranın Trampa sui-qəsd təşkil etməsi gözlənilirdi. Əvvəllər də Trampa sui-qəsd təşkil edilib, hətta bir dəfə qulağından yaralanıb. Lakin indiki məqamda Tehran Trampa sui-qəsddə maraqlıdırmı? Məncə, bu, İranın maraqlarına uyğun deyil. Əgər belə bir şey olarsa və ABŞ bunu təsdiqləyərsə, bütün gücü və müttəfiqləri ilə İrana müdaxilə edər. Bu zaman isə İran Əfqanıstan, İraq və Suriyadan daha pis vəziyyətdə qala bilər.

qabil huseynli esas

Mən İranın belə bir addım atacağını düşünmürəm. Lakin Əli Xameneinin ölümündən sonra İranda vəziyyət istənilən kimi deyil. Sözün əsl mənasında, hər ağızdan bir səs çıxır. Belə olan halda, “İran bunu etməz” deyə bilsək də, təəssüf ki, oradakı bütün siyasi dairələrin buna cürət etməyəcəyini demək çətindir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: