“NATO-nun hərbi komitəsinin rəhbəri yaxın 20 ildə Alyansın Rusiya ilə birbaşa münaqişəsi ola biləcəyini açıqlayıb və üzv dövlətlərə məcburi hərbi xidmətin bərpası barədə düşünməyi təklif edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni ekspert Karen Vrtanesyan öz Feysbuk səhifəsində yazıb.
Ekspert dünyanın yeni geopolitik mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Karen Vrtanesyan
O, həmçinin Ermənistan hakimiyyətini proseslərə seyrçi mövqedə olmaqda ittiham edib.
“Bu geosiyasi dövrdə bütün dünya müharibəyə hazırlaşır, bir ölkə istisna olmaqla…”, – Vrtanesyan qeyd edərək rəsmi İrəvanın passivliyinə eyham vurub.
Safura Bənnayeva
Globalinfo.az