
“Rusiya Ermənistanın baş naziri postu üçün Samvel Karapetyandan başqa namizəd müəyyənləşdirib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.
Onun sözlərinə görə, Moskvanın Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı payız aylarında həyata keçirməyi planlaşdırdığı ssenari nəticə verməyib:
“Hazırda yaz ayları üçün “Miqrant” adlandırılan yeni plan hazırlanıb. Həmin plan çərçivəsində enerji, xüsusilə də qaz məsələsindən, eləcə də işləmək üçün Rusiyaya üz tutan ermənilərdən siyasi məqsədlərlə istifadə olunması nəzərdə tutulur. Moskvada hesab edirlər ki, erməniləri küçələrə çıxaraq hakimiyyətə qarşı etiraza təşviq etmək üçün onların işləmək məqsədilə Rusiyaya gəlməsinə mane olmaq lazımdır”.
Erməni siyasətçi Rusiyanın Ermənistanın baş naziri vəzifəsinə Nikol Paşinyanın yerinə yeni namizədinin artıq müəyyənləşdirildiyini qeyd edib:
“Karapetyan Putinin şəxsi oliqarxı olsa da, onun baş nazir olmaq şansı sıfıra bərabərdir. Rusiyanın Ermənistanın baş naziri postu üçün artıq başqa namizədi var. Samvel Karapetyan isə boş yerə ümid edir”.
Safura Bənnayeva
Globalinfo.az